Tərcüməçilər assosiasiyası könüllüləri dəvət edir

Siz bir və ya bir neçə xarici dildə danışırsız? Digər mədəniyyətlərlə maraqlanırsız? Boş vaxtlarında ehtiyacı olanlara kömək etmək istəyirsiz? Onda bizim assosiasiyada könullü olmağa sizi dəvət edirik!

Könüllü olmaq həm şəxsi, həm də peşəkar həyatda faydalı ola bilər. Könüllülük fəaliyyati sizin sənət perspektivlərinizi genişləndirəcək, gələcəkdə işəgötürən isə sizin CV-də “könüllü” bəndini müsbət qiymətləndirəcək.

Bundan başqa, siz “France Bénévolat » tərəfindən hazırlanan rəsmi sənəd –  könüllünün şəhadətnaməsini  ala bilərsiniz. Bu şəhadətnamə könüllü işini layiqincə qiymətləndirməyə imkan verir, o bir çox rəsmi təşkilatlar tərəfindən tanınır ( məsələn,  ictimai təşkilatların rəhbərliyi  (Səhiyyə nazirliyi, Gənclər və idman nazirliyi ) və Depozitlər və Kreditlər kassası tərəfindən). Könüllünün şəhadətnaməsi öz biliyini inkişaf etdirməyə, özünü ifadə etməyə və peşəkar uğurlara yol açır.

devenir bénévole

Könüllünün şəhadətnaməsi haqqında əlavə məlumatı siz bu saytda tapa bilərsiniz:

Le Passeport Bénévole