Tərcüməçilər assosiasiyası hal hazırda həyata keçirilən layihələri sizin diqqətinizə çatdırmağa şaddır.

Linqvistika klubu “Paroles Libres”

Tərcüməçilər assosiasiyasının əziz dostları, “Paroles libres” linqvistik klubunun saytını sizə təqdim etməyə  çox şadıq.

Klubun tarixi sadədir. O, bizim üzvlərimizin xarici dilləri tətbiq etmək və yaxşılaşdırmaq niyyəti ilə çoxsaylı xahişləri  nəzərə alaraq  yaradılıb.

Bizə qoşulun! Hər kəs eşidiləcək.

Xarici ölkələrin ədəbiyyatını, adət və ənənələrini dillərini sevənlər üçün klubumuzun qapıları həmişə açıqdır.

Yaşa görə məhdudiyyət yoxdur.  Dostlarınızla, həmkarlarınızla, ailənizlə, uşaqlarınızla, nəvələrinizlə, babalarıvızla və nənələrəvizlə gəlin.

Klubumuzun mütəxəssisləri sizi maraqlandıran dilləri kəşf etməklə sizə maraqlı və faydalı vaxt keçirməyə kömək edəcəklər. Onlar maraqlı həmsöhbət tapmaqda sizə kömək edəcək və tematik axşamlar təşkil edəcəklər. Həmçinin klub Paris gəzintiləri, sərgi ziyafətləri və artistlərin çıxışlarını təşkil edir.

Siz klubda bütün gününüzü keçirə bilərsiniz.

Əlavə məlumat üçün bizim saytımıza keçin: Clublinguistique@gmail.com

Əgər bizim təklifimiz sizi maraqlandırırsa, ərizənizdə adınızı, soyadınızı, telefon nömrənizi, elektron ünvanı, öyrənmək istədiyiniz dili, maraqlarınızı və boş vaxtınızı qeyd etməyi unutmayın.

Http://clublinguistique.wix.com/club

“Göy Qurşağı” lingvistik məktəbi.

Bu assosiasiyanın məqsədi – fransız dilini və Avropa ittifaqının digər dillərini, eləcə də digər qitələrin dillərinin yayılmasıdı.

Məktəbin üç əsas missiyası:

  • fransız dili, Avropa ittifaqının digər dilləri və digər qitələrin dilləri üzrə dil kursları təşkil etmək
  • Fransa mədəniyyəti, Avropa ittifaqı ölkələrinin mədəniyyətləri və dünyanın digər mədəniyyətləri ilə tanış etmək.
  • mədəniyyətlərə hörmət yayılmasına dəstək olmaq, mədəni əlaqələri inkişaf etdirmək, innovasiya, həmrəyliy və qarşılıqlı hörməti yaratmaq

“Göy qurşağı” dilçilik məktəbinin saytını ziyarət etməyə sizi dəvət edirik

 

 Http://arcenciel-ecole.wix.com/aece